2017-ci ilin sentyabr ayının 30-na banklar tərəfindən müştərilərə verilən kreditlərin ümumi məbləği 11 mlrd. 966,9 mln. manat təşkil edib.
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikaya əsasən xəbər verir ki, bank sektorunun iştirakçılarının məcmu kredit portfeli sentyabrın ayının əvvəli ilə müqayisədə 59,7 mln. manat və ya 0,50% artıb.
Ümumiyyətlə, ilin əvvəlindən bankların müştərilərə verdiyi kreditlərin həcmi 3 mlrd. 833,3 mln. manat və ya 24,24% azalıb. Xatırladaq ki, cari ili yanvarın 1-nə bankların kredit portfelinin həcmi 15 mlrd. 800,2 mln. manat olub. (APA)