XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

03 Noyabr 2017 - 18:07

Vergilər Nazirliyində kadr dəyişiklikləri olub –Yeni baş direktorlar təyin edilib

Vergilər Nazirliyində növbəti kadr dəyişiklikləri olub.

Zaur Fətizadə Vergilər Nazirliyi yanında Milli gəlirlər departamentinin, Natiq Şirinov Vergi risklərinin təhlili və nəzarəti departamentinin baş direktoru təyin olunub. Həmçinin Zamin Rzayevə Vergi öhdəliklərinin icrasına nəzarət departamentinin, Zöhrab Ömərova isə Vergi qanunvericiliyinin icrasına nəzarət departamentinin baş direktoru vəzifəsi həvalə olunub.

Bundan başqa, Qüdrət Seyfullayevə vergilər nazirinin müşaviri təyin edilib. (Trend)