XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

03 Noyabr 2017 - 23:10

Türkiyədə avronun məzənnəsi tarixi rekord həddə çatıb

Bu gün Türkiyədə avronun nağd valyuta bazarında məzənnəsi 4,5053 lirə səviyyəsinə yüksələrək tarixi rekord həddə çatıb.

"Report" xəbər verir ki, buna səbəb Türkiyədə bu gün açıqlanan yüksək inflyasiya göstəricisi olub. Belə ki, oktyabr ayında Türkiyədə illik inflyasiya 11,9% təşkil edərək son 9 ilin maksimumuna yüksəlib.

Nəticədə Türkiyənin nağd valyuta bazarında dollar və avronun məzənnəsi artmağa başlayıb. USD/TRY məzənnəsi də bugünkü hərraclarda 1,5% artaraq 3,86 lirə səviyyəsinə çatıb. Qeyd edək ki, Türkiyədə dolların tarixi rekord həddi yanvar ayının ilk günlərində qeydə alınıb və 3,9423 lirə təşkil edib.

"Report"un analitik qrupu TRY/USD-nin ilin sonuna qədər 4,05, TRY/EUR-un isə 4,60 səviyyəsinə yüksələcəyini istisna etmir.