XƏBƏR LENTİ

28 Yanvar 2021

Digər Xəbərlər

03 Noyabr 2017 - 23:57

BVF-dən proqnoz –Azərbaycanın valyuta ehtiyatları artacaq

Beynəlxalq Valyuta Fondu (BVF) 2017-2018-ci illərdə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının artacağını proqnozlaşdırır.

BVF-nin proqnozlarına əsasən, 2017-ci ilin yekunları üzrə AMB-nin valyuta ehtiyatları 2016-cı ilin sonuna olan $4 mlrd.-a qarşı $4,8 mlrd. təşkil edəcək. Beləliklə, cari ildə ehtiyatlar 20% artacaq.

2018-ci ildə AMB-nin valyuta ehtiyatları $5,7 mlrd.-a qədər artacaq (2017-ci illə müqayisədə artım 18,8% – red.).

Xəbər verildiyi kimi, 1 oktyabr 2017-ci il tarixinə Mərkəzi Bankın valyuta ehtiyatları $5 mlrd. 167,5 mln. təşkil edir və 9 ay ərzində 30% artıb.(interfax.az)