XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

07 Noyabr 2017 - 17:40

Rusiyada pul kütləsi və əhalinin real gəlirləri azalıb –Moskva süni inflyasiyaya hazırlaşır

Rusiyada oktyabr ayının illlik inflyasiya göstəricisi 2,7% təşkil edib.

Bu, sentyabr ayının analoji göstəricisindən 0,3 faiz bəndi azdır. Qeyd edək ki, analitiklər inflyasiyanın 2,8% olacağını ehtimal edirdilər.

"Report"un analitik qrupu bildirir ki, oktyabrda illik inflyasiya götəricisi Rusiya Bankının (Mərkəzi Bank) hədəflədiyi 4%-lik həddindən xeyli aşağıdır. Buna səbəb kimi, Rusiya Bankının dövriyyədə olan pul kütləsini azaltması, büdcə xərclərini kəsməsi və əhalinin real gəlirlərinin azalması amilləri göstərilir.

Qeyd edək ki, 2018-ci ilin büdcəsində də Rusiya hökuməti büdcə gəlirlərini xərclərdən daha çox artırıb. Belə ki, 2018-ci ildə büdcə gəlirləri 3,7% artacaq, xərclər isə 1% artım göstərəcək. Bu da onu deməyə imkan verir ki, 2018-ci ildə Rusiyada deflyasiya baş verə bilər. Bunun qarşısının alınması üçün Rusiyada dolların məzənnəsinin yüksəldilərək süni inflyasiya yaradılması proqnozlaşdırılır.