XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 November 2017 - 20:12

“Ayfon X” maya dəyərindən 3 dəfə baha satılırmış… –Faktlar

Mobil bazar ekspertləri “Ayfon X” smartfonunun maya dəyəri və qiyməti arasında kəskin fərq olduğunu müəyyənləşdiriblər.

Məlum olub ki, “Apple” şirkəti bir yeni smartfonun istehsalına 357,5 dollar sərf edərək, onu azı 999 dollara satır.

Ekspertlərin sözlərinə görə, ABŞ korporasiyası hər satılan “Ayfon X” modelindən 64 faiz gəlir əldə edir. Bununla əlaqədar olaraq mütəxəssislər “Əpl” məhsullarının qiymətinin tədricən bahalaşacağını proqnozlaşdırırlar.

Bildirilir ki, şirkət “yubiley” “Ayfon X” smartfonu ilə yanaşı, qiyməti 699 dollar təşkil edən “Ayfon 8” modelindən 59 faizlik mənfəət götürür. “Ayfon 8” ekspertlər tərəfindən “Ayfon 7” modelinin modernləşdirilmiş versiyası hesab edilsə də, qurğuların maya dəyəri və qoyulan satış qiyməti arasında kəskin fərq mövcuddur/Axar.az.