XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 Oktyabr 2017 - 12:17

Kənd təsərrüfatı kooperativlərinə necə kömək etməli? –Kredit faizləri xeyli yüksəkdir

Azərbaycan Respublikasında aqrar sektorun inkişafında kənd təsərrüfatı kooperasiyasının inkişaf etdirilməsi dövlətin diqqət mərkəzindədir. Heç də təsadüfi deyildir ki, Prezident İlham Əliyev tərəfindən kənd təsərrüfatının inkişaf etdirilməsi prioritet istiqamət kimi müəyyən olunub. Həyata keçirilən bu tədbirlərin nəticəsidir ki, son illər respublikamızda bu sahədə mühüm nailiyyətlər əldə edilib.

Lakin bütün bunlarla yanaşı ölkə başçısı dəfələrlə vurğulamışdır ki, əldə edilən nailiyyətlərlə yanaşı ölkənin kooperasiya sektorunun inkişafında hələ də bəzi obyektiv  və subyektiv xarakterli problemlər yaşanmaqdadır.        Qeyd edək ki, bu problemlər kooperativlərə güzəştli kreditlərin verilməsində özünü daha qabarıq birüzə verir. Belə ki, bu gün kredit faizləri bir sıra ölkələrlə müqayisədə, hələ də xeyli yüksəkdir. Bu isə təbiidir ki, kooperativ sektorunun normal fəaliyyət göstərməsinə və onun inkişafına mane olur. Xüsusən, son dövrün devalvasiya prosesi bu sahədə kreditləşmə ilə bağlı problemləri daha da mürəkkəbləşdirib. Vəziyyətdən çıxış yolu kimi aşağıdakı tədbirlərin həyata keçirilməsi zənnimizcə məqsədə uyğun olardı. İnkişaf etmiş ölkələrin təcrübəsi  göstərir ki, bu növ kooperativlərin fəaliyyəti aparılan  əməliyyatların rentabelliyi və bazar şəraitinin qiymətləndirilməsi baxımından optimal faiz və tarif siyasətinin  yürüdülməsi, satılan məhsulların və göstərilən xidmətlərin həcminin artması, ayrı-ayrı əməliyyatların maya dəyərini aşağı salır və bununla da kooperativ təsisatlar üçün daha rəqabət qabiliyyətli qiymətlərin formalaşmasını təmin edir. Azərbaycan kəndlərində iqtisadi inkişafın spesifikliyini nəzərə almaqla, kredit təşkilatlarının sosial yönümlü faiz siyasəti həyata keçirməsi, onun kənddə böyük nüfuz qazanması və bu əsasda geniş əhatəli müştəri şəbəkəsi yaratmaqla, təşkilatın öz məqsədlərinə nail olması, yəni Azərbaycan kəndinin iqtisadiyyatı üçün etibarlı, sabit və keyfiyyətli kredit xidmətini təmin edən bir təşkilat kimi bərqərar olması, kənd yerlərində iqtisadiyyatın inkişafı prosesinə hərtərəfli kömək göstərilməsi üçün münbit şərait yarada bilər.

Yeri gəlmişkən, qeyd edək ki, keçmiş SSRİ-də kənd təsərrüfatı kredit kooperativlərinin fəaliyyətinin ilkin mərhələsində əldə olunan gəlirin bir hissəsi vergiyə cəlb olunmurdu. Hətta bəzi kooperativ təsisatlar, təsis olduqları gündən başlayaraq, iki il müddətinə vergidən azad edilirdilər. Bundan başqa həmin dövrdə kooperasiya sektorunu dəstəklənməsi üçün aşağıdakılar həyata keçirilirdi:

  • Kooperativ təşkilatların bütün növləri üzrə yeni imfrastrukturun formalaşdırılması və onların vasitəsi ilə satılan kənd təsərrüfatı məhsulları və həmin məhsullardan hazırlanmış , dövlət ehtiyaclarını ödəmək üçün göndərilən ərzaq məhsullarına zəmanəti (minimal) qiymətləri sisteminin tətbiq edilməsi;
  • Kooperativ uzvləri tərəfindən istehsal vasitələri alınarkən , kənd təsərrüfatı əmtəə istehsalçıları üçün qüvvədə olam dotasiya və kompensasiyalar sisteminin tətbiq edilməsi;
  • Kooperativ təşkilatları tərəfindən müəyyən avadanlıq və texnikanın lizinq qaydasında alınması üçün ilkin ödənişlər zamanı müəyyən güzəştlərin tətbiq edilməsi;
  • İstehsal olunmuş məhsulun tədarükü, emalı, qorunub saxlanması və satışının müasir standartlara tələbləri səviyyəsində təşkil edə bilmələri üçün, kooperativlərə güzəştli investisiya kreditlərin ayrılması;
  • Konversiya bankları ilə yanaşı bank olmayan depozit kredit təşkilatlarının fəaliyyət dairələrinin daha da genişləndirilməsi və s.

Belə bir mühüm cəhəti də qeyd etmək istərdik ki, kooperativlərə xidmət göstərən yer kredit birlikləri, beynəlxalq kooperasiya hərakatının bütün dünyada qəbul olunmuş prinsiplərinə uyğun olaraq heç də maksimum mənfəət əldə etməyi qarşılarına əsas məqsəd kimi qoymamalı, əksinə, öz fəaliyyətlərini də ziyanla başa vurmamaq şərti ilə ölkədə kiçik və orta sahibkarlığın inkişafına yönəltməlidirlər. Yeri gəlmişkən qeyd etmək istərdim ki, bu mövzuda Ağdam və Ağcabədi rayonlarında keçirilən dəyirmi masa və treninqlərdə çıxış edən fermerlərin böyük əksəriyyəti söylənilən bu fikirləri dəstəklədiklərini bildirmişlər. Çıxış edən fermerlər tərəfindən göstərilən bugünkü qayğıdan razılıqlarını bildirməklə yanaşı öz çıxışlarında xüsusi vurğuladılar ki, Ağdam və Ağcabədi rayonlarında yeni kənd təsərrüfatı istehsal kooperativlərinin yaradılması və mövcud olan kooperativlərin davam etdirilməsi üçün dövlət dəstəyinin gələcəkdə daha da gücləndirilməsinə böyük ehtiyac duyulur.

Gündəlik fəaliyyətlərində daim dövlətin və yerli icra orqanlarının qayğısını xüsusi qiymətləndirən yerli fermerlər gələcəkdə bu qayğının daha da artılacağına ümid etdiklərini xüsusilə vurğulayıblar.

Zülfüqar Niftiyev