XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 Noyabr 2017 - 12:53

Rusiya TAP kəmərinə qoşula bilər –Qazının Avropaya nəqli üçün

"IGI Poseidon" boru kəmərinin inşası layihəsinin səhmdarları Rusiyada hasil olunan təbii qazın Avropaya nəqli üçün TAP (Trans-Adriatik boru xətti) kəmərindən istifadəni mümkün sayırlar.

Bunu bu gün Avropa Payız Qaz Konfransı (European Autumn Gas Conference) çərçivəsində "IGI Poseidon"un rəhbəri E.Ruceri deyib.

Onun sözlərinə görə, hazırda Rusiyanın "Qazprom" şirkəti iki xətdən ibarət olacaq "Türk axını" kəmərinin inşasını aparır. Bunlardan birincisi qazın Türkiyəyə nəqli, ikincisi isə (IGI Poseidon) qazın Yunanıstan və İtaliyaya daşınması üçün nəzərdə tutulub: "Türkiyə-Yunanıstan sərhədində isə TANAP-la (Trans-Anadolu boru kəməri) nəql olunacaq Azərbaycan qazının qəbulu üçün nəzərdə turulan TAP xətti başlayır. TANAP isə öz növbəsində "Türk axını" kimi Türkiyənin "Botaş" şirkətinin qaz sisteminə qoşulacaq".

E.Ruceri istisna etmir ki, Avropanın qaz təchizatçıları gələcəkdə "Botaş"ın da sistemindən qaz almaq istəyə bilərlər və bu səbəbdən Rusiya qazının nəqli üçün TAP kəmərinin də istifadəsi mümkündür/Report.