XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

10 Noyabr 2017 - 11:12

“SOCAR Trading” Kanadadakı ofisini bağlayıb

“SOCAR Trading" Kanadanın Kalqari şəhərində yerləşən ofisini bağlamaq barədə qərar qəbul edib.

Bu barədə "Reuters" agentliyi şirkətin məktubuna istinadən məlumat yayıb. Məlumata görə, şirkət növbəti 3-4 ay ərzində bütün kommersiya və yardımçı bölmələrini ABŞ-ın Texas ştatında yerləşən Hyuston şəhərinə köçürəcək.

Qeyd edək ki, "SOCAR Trading" Kanada bazarına 2015-ci ildə çıxıb. 2016-cı ilin sonunda isə SOCAR-ın törəməsi Hyustondakı ofisini bağlayıb. (Trend)