XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 Noyabr 2017 - 13:56

Deputat Vahid Əhmədov:“Neftin hazırkı bahalaşması  müvəqqətidir...”


Gələn ilin dövlət büdcəsində neftin baza qiyməti 45 dollar/barel səviyyəsində götürüləcək. “2018-ci ilin dövlət büdcəsi haqqında” Qanun layihəsində qeyd olunub ki, bu, 2017-ci ildəki analoji baza qiymətindən 12,5 faiz və yaxud 5 dollar/barel çoxdur.

Hazırda isə dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edir. Bu gün biralarda “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 0,16 dollar bahalaşaraq 65,97 dollar olub.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,06 dollar ucuzlaşaraq 57,11 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti isə 0,09 dollar azalaraq 63,84 dollar təşkil edib.

MilliMəclisin İqtisadisiyasət, sənayevə sahibkarlıqkomitəsinin üzvü Vahid Əhmədov Modern.az-a deyib ki, neftin hazırkı qiymətləri müvəqqətidir: “Hazırkı neft qiymətləri daha çox Səudiyyə Ərəbistanında baş verən korrupsiya faktları ilə bağlıdır. Bu qiymətlər uzun müddət qalıcı olmayacaq”.

V.Əhmədov bildirib ki, növbəti ildə neftin qiymətləri 50-55 dollar səviyyəsində qərarlaşacaq: “Ona görə də dövlət büdcəsində neftin baza qiymətinin 45 dollar/barel səviyyəsində hesablanması ən uyğun variantdır”.