XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

12 Noyabr 2017 - 10:51

İpoteka qaydalarında dəyşiklik: təmirsiz mənzillər də almaq olacaq –Açıqlama + VİDEO

İpoteka qaydalarında dəyşikliklər edilib.

Strateq.az Xəzər TV-yə istinadən xəbər verir ki, artıq, təmirsiz evləri də ipoteka kreditləri vasitəsi ilə almaq mümkün olacaq.

Əvvəlki qaydalara əsasən ipoteka krediti vasitəsi ilə alınan evlərin təmirli olması əsas şərt idi. 

Nazirlər Kabineti "İpoteka kreditləşməsi məqsədi ilə yaşayış sahəsinin 1 kvadratmetri üçün orta bazar qiymətinin müəyyən edilməsi Qaydası"nda dəyişiklik edib. Yeni qaydalara əsasən, evə ehtiyacı olan şəxslər artıq ipoteka krediti vasitəsi ilə təmirsiz ev də ala biləcəklər.

İqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, bu dəyşiklik ipoteka krediti alanlara bir sıra üstünlüklər verəcək.

Bununla bərabər mənzillərin kreditləşməsi zamanı mənzillər üçün real bazar qiymətləri də müəyyən ediləcək. Bu zaman müstəqil daşınmaz şirkətlərin məlumatlarından da istifadə ediləcək.

Xatırladaq ki, ölkənin digər şəhər və rayonları ərazilərində də ipoteka kreditlərinin verilməsi zamanı orta bazar qiymətləri araşdırılacaq.