XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

12 Noyabr 2017 - 16:14

İranla İraq razılaşdı –Bağdad İrana hər gün 60 min barel Kərkük nefti satacaq

Kərkükdən İrana gündə 30-60 min barel neft satılacaq.

Bununla bağlı Bağdad və Tehran arasında gündə 30-60 min barrel neft satışını nəzərdə tutan razılaşma imzalanıb.

İraqın neft naziri Cabbar Luaybi bu xəbəri təsdiqləyib. Nazir deyib ki, tərəflər arasında boru xətti çəkildikdən sonra İrana satılan neftin həcmi artırılacaq.

Razılaşmaya əsasən, Kərkük nefti iki ölkə arasında sərhəddə – Kirmanşah kəndi yaxınlığında məntəqəyə daşınacaq. İran nefti bu məntəqədən nefti alacaq.

İraqın neft naziri Cabbar Luaybi bildirib ki, Bağdad hökuməti Türkiyə, İran, Küveyt, Səudiyyə Ərəbistanı və Suriya ilə də neft və strateji layihələr həyata keçirməyi hədəfləyir/Teleqraf.com.