XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

13 Noyabr 2017 - 21:35

Rusiyada müflisləşmə maksimum həddə çatır –Hesabat

Rusiyada 2017-ci ilin üçüncü rübünün nəticəsinə əsasən müflis olanların sayı maksimum həddə çatmaq üzrədir.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Makroiqtisadi Analiz və Qısamüddətli Proqnozlaşdırma Mərkəzi yayıb.

“III rübdə iqtisadiyyatda müflisləşmə keçən rüblə müqayisədə 3%, keçən ilin analoji dövrü ilə müqayisədə isə 12,4% artıb. Müflisləşmə göstəricisi həmçinin 2015-ci ilin martında qeydə alınan ən yüksək nəticəni keçib. O, 2009-cu ilin oktyabrında qeydə alınan maksimum göstəricidən 2,1% geridə qalıb.

Sentyabr ayında ölkədə 242 tikinti şirkəti bankrot olub. Bu istiqamətdə ölkə üzrə maksimum göstərici 2014-cü ilin sentyabrı ilə 2015-ci ilin martında qeydə alınmışdı. O zaman bankrot olan şirkətlərin sayı 241 idi. Müflisləşmə halları tikinti sahəsindən sonra ən çox ticarət, qida və maşınqayırma sənayesində qeydə alınıb. Müflisləşmə ilə bağlı ən böyük aktivlik Volqoqrad, Volqodonsk və Amur vilayətlərində qeydə alınır”, – deyə o bildirib.