XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

14 Noyabr 2017 - 16:02

Rus bankı “AtaHoldinq”in səhmlərinin 48,99 faizini aldı –Açıqlama

"VTB Qrup" "Bank VTB"nin (Azərbaycan) səhmlərinin 99,99 faizinin alışı üzrə sövdələşməni yekunlaşdırıb.

Məlumata görə, "VTB Qrup"a daxil olan "Bank VTB 24" "AtaHoldinq"in səhmlərinin 48,99 faizini alıb.

Belə olan halda, Bank VTB-nin (Azərbaycan) səhmləri Bank VTB (51 faiz) və "Bank VTB 24" (48,99 faiz) arasında bölüşdürülüb.

Qeyd edək ki, bundan əvvəl VTB Qrupun baş ofisindən bildirmişdilər ki, səhmdarların tərkibində dəyişiklik Bank VTB-nin (Azərbaycan) fəaliyyətinə təsir etməyəcək/Trend.