XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 November 2017 - 23:54

Kərkükdən Ceyhana neft nəqli bərpa olunacaq –Türkiyə ilə İraq hökuməti anlaşdı

neft-xerite.jpg

Türkiyə enerji sahəsini təmsil edən nümayəndə heyəti iraqlı həmkarları ilə Kərkükdən Ceyhana neft tədarükünün bərpa olunması məsələsini müzakirə ediblər.

Bu barədə “RİA Novosti”yə İraq Neft Nazirliyinin rəsmi nümayəndəsi Asim Cihad bildirib.

Danışıqlar Bağdadda baş tutub.  

“Tərəflər Türkiyənin Ceyhan limanına neft ixracının tezliklə bərpa edilməsində maraqlı olduqlarını təsdiqləyiblər”, – deyə  A.Cihad bildirib    

Qeyd edək ki, İraqın kürd muxtariyyəti müstəqillik referendumu keçirdikdən sonra Kərkük-Ceyhan borusu ilə neftin nəqli dayandırılmışdı. Oktyabrın ortalarında İraq ordusu Kərkük əyaləti üzərində nəzarəti bərpa edib/APA.