XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

17 Noyabr 2017 - 11:32

Birjalarda neftin qiymətləri –Azərbaycan nefti 13 sent ucuzlaşıb

 Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.

AZƏRTAC xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 0,13 dollar ucuzlaşaraq 63,15 dollar olub.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,21 dollar bahalaşaraq 55,35 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti isə 0,11 dollar ucuzlaşaraq 61,25 dollar təşkil edib.