XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

17 Noyabr 2017 - 20:03

Banklarda gecikmiş kreditlərin məbləği artıb –1 milyard 857 milyon manata çatıb

2017-ci il oktyabrın 1-nə ölkədə fəaliyyət göstərən bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 25,9 faiz azalaraq milli valyuta ekvivalentində 12 milyard 437,2 milyon manat təşkil edib.

Ümumi kredit portfelinin 9 milyard 986,6 milyon manatı və ya 80,3 faizi uzunmüddətli kreditlərin payına düşüb.

Kreditlərin 18,9 faizi dövlət, 77,5 faizi qeyri-dövlət bankları, 3,6 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,3 faiz artaraq 1 milyard 857,1 milyon manata çatıb və ümumi kredit portfelinin 14,9 faizini təşkil edib. (Trend)