XƏBƏR LENTİ

28 Noyabr 2020

Digər Xəbərlər

18 Noyabr 2017 - 17:07

Azərbaycanla Rusiya arasında xidmətlərin illik dövriyyəsi açıqlanıb- 400 milyon dollar

Azərbaycan ilə Rusiya arasında xidmətlərin illik dövriyyəsi təxminən 400 milyon dollar təşkil edir.

Azərtac xəbər verir ki, bunu Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı ticarət nümayəndəsi Eldar Tyabiçev bildirib.

Onun sözlərinə görə, bu istiqaməti inkişaf etdirmək üçün hər iki ölkənin yetərincə potensialı var. E.Tyabiçev xatırladıb ki, Azərbaycan ilə Rusiya arasında əmtəə dövriyyəsi son vaxtlar genişlənməyə başlayıb, özü də artım istər Rusiyadan, istərsə də Azərbaycandan olan ixracda qeydə alınıb.

Ticarət nümayəndəsi deyib: “Düşünürəm ki, kənd təsərrüfatı məhsulları ilə kifayətlənmək zamanın ruhuna cavab vermir və biz yeni sektorlar, məsələn, maşınqayırma və toxuculuq sənayesi üzrə əməkdaşlığı inkişaf etdirməliyik. Bizim bütün istiqamətlərdə münasibətləri inkişaf etdirmək perspektivlərimiz var, çünki Azərbaycanın dövlət qurumları və iş adamları Rusiya ilə münasibətləri inkişaf etdirməyə müsbət yanaşırlar. Biz bunu görürük və hiss edirik”.