XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

20 Noyabr 2017 - 14:57

Vergilər nazirinin müavini:“İxracda iri həcmdə vergidən yayınma faktları var”

“Kənd təsərrüfatı məhsullarının ixracında xüsusilə iri həcmdə vergidən yayınma faktları var”.

Bu sözləri Yevlaxda sahibkarlarla görüşdə vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib. Onun sözlərinə görə, bir sıra hallarda bəzi işbazlar vergidən yayınmaq və buna görə heç bir məsuliyyət daşımamaq məqsədilə kənd təsərrüfatı məhsullarının ixracı prosesinə bu işə səriştəsi olmayan insanları cəlb edir, onların əli ilə vergi qanunvericiliyini kobud surətdə pozaraq vergidən yayınmağa cəhd göstərirlər.

 Ələkbərovun sözlərinə görə, müvafiq sənədləri imzalamış və qanun qarşısında cavabdehlik daşıyan şəxslər əslində bütün işlərdən xəbərsizdirlər və onlara cüzi vəsait ödənilməklə külli miqdarda vergilərdən yayınma hallarına görə məsuliyyət belə şəxslərin üzərinə atılıb. (Turan)