XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021

Digər Xəbərlər

20 Noyabr 2017 - 18:40

Azərbaycan OPEK-in iclasına dəvət olunub

Azərbaycan noyabrın 30-da Vyanada keçiriləcək OPEK Nazirlər Şurasının 173-cü iclasına rəsmi dəvət alıb.

Bunu Trend-ə Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zəminə Əliyeva deyib. Onun sözlərinə görə, Azərbaycan bu dəvəti nəzərdək keçirmək və iclasda iştirakı razılaşdırmaq niyyətindədir.

Qeyd edək ki, iclasda neft hasilatının azaldılması barədə OPEK+ sazişinin icra olunması, istehsalat kvotalarının artırılması və sazişin müddətinin uzadılması məsələləri müzakirə olunacaq.