XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

21 Noyabr 2017 - 10:33

Türkiyədə dolların məzənnəsi rekord həddə çatdı –Səbəblər

Türkiyədə ABŞ dollarının məzənnəsi bu gün tarixi rekordunu yeniləyib.

"Report"un analitik qrupu bildirir ki, dolların məzənnəsi 2017-ci il yanvar ayının 11-də 3,9423 lirə səviyyəsinə yüksələrək tarixi rekord həddə çatdıqdan sonra sentyabrın 11-də 3,3845 lirə səviyyəsinə qədər geriləyib. Son 2 aydan bir qədər artıq dövr ərzində dollar 17%-dək bahalaşaraq bu gün keçirilən hərracda Bakı vaxtı ilə saat 10:15-də 3,9425 TRY/USD səviyyəsinə yüksəlib.

Analitik qrup bildirir ki, dolların bahalaşmasına səbəb Türkiyənin xarici ticarət kəsirinin artması, özəl sektorun qısamüddətli borclarının yüksək səviyyədə olması və iş adamı Rza Zərrabla bağlı ABŞ-da keçiriləcək məhkəmə prosesidir.

Qeyd edək ki, məhkəmə bir həftə uzadılaraq 4 dekabr tarixinə ertələnib və burada çıxarılacaq qərar Türkiyə "Halkbank"ına cəzanın tətbiqi ilə nəticələnə bilər.

Bununla yanaşı, Türkiyə Mərkəzi Bankının (TCMB) dünən keçirdiyi müddətli valyuta hərracında 6 aylıq müddətə dollar satışında məzənnə 4,13 TRY/USD olub. Bu da onu deməyə əsas verir ki, yaxın günlərdə dolların məzənnəsinin bu səviyyəyə yaxınlaşması qaçılmazdır.