XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

21 Noyabr 2017 - 13:46

“Neft Fondundan 76 milyard dollar transfert etmişik, yoxsa Azərbaycan risklərlə üzləşə bilərdi” –Ziyad Səmədzadə

"Azərbaycanın 2018-ci il dövlət büdcəsində neftin baza qiymətinin 45 dollar/barel səviyyəsində götürülməsi qarşıdakı hədəflərə nail olmağa imkan verəcək". 

Bunu parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadə Milli Məclisin bugünkü plenar iclasında büdcə zərfinin müzakirəsi zamanı bildirib: "Dövlət Neft Fondundan son 10 ildə 76 milyard dollar transfert etmişik. Bu olmasaydı, Azərbaycan risklərlə üzləşə bilərdi".

Komitə sədri bildirib ki, 2018-ci ildə neft hasilatının azalmasına baxmayaraq, ölkədə ümumi iqtisadi artım proqnozlaşdırılır: "Ən vacib məsələ emal sənayesinin inkişafıdır, sənayeləşmə templəri yüksəlib. Yeni sənaye parklarının istehsalı 600 milyon manatı keçib".

"Bu potensialı daha da artırmaq lazımdır. Regionlardakı sənaye parkları ölkə sənayesinin simasını formalaşdırır. Pul gəlirlərinin formalaşmasında meyillər rayonların xeyrinə dəyişir. Gələcəkdə əmtəə dövriyyəsi artacaq ki, bu da Azərbaycan iqtisadiyyatının inkişafına müsbət təsir göstərəcək", – deyə Z.Səmədzadə vurğulayıb.

Millət vəkili əlavə edib ki, Azərbaycan dünyada ən az borcu olan 10 ölkədən biridir: "Ölkədə borcalma strategiyası hazırlanıb".

Z.Səmədzadə qeyd edib ki, kommersiya banklarına inam artırılmalıdır, banklarla əhali arasında konsensus yaradılmalıdır/Report.