XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

22 Noyabr 2017 - 19:15

Yanvarın 1-dən qızılgül və qərənfilin kiloqramı üçün 1 dollar idxal rüsumu alınacaq –Nazirlər Kabineti

 

2018-ci il yanvarın 1-də qızılgül və qərənfilin 1 kiloqramı üçün 1 dollar gömrük idxal rüsumu tətbiq ediləcək.

Bununla bağlı Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri” haqqında qərar təsdiq edib.

Hazırki qərara əsasən qızılgülə gömrük dəyərinin 15 faizi dəyərində idxal rüsumu tətbiq edilir, qərənfil isə gömrük idxal rüsumundan azaddır. (Trend)