XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

22 Noyabr 2017 - 20:35

Samir Şərifov:“Neft gəlirləri ehtiyatda saxlanılmalıdır”

 

 “Daimi gəlir mənbəyi olmadan dövlət büdcəsinin xərclərinin artırılması lazımsız risklərə gətirib çıxara bilər”.

Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov parlamentin bugünkü plenar iclasında 2018-ci ilin büdcə zərfinin müzakirəsi zamanı bildirib.

"Bəzi xərclərin artırılmasına ola bilsin ki, ehtiyac var. Ancaq daimi gəlir mənbəyi olmadan dövlət büdcəsinin xərclərinin artırılması lazımsız risklərə gətirib çıxara bilər. Biz optimal səviyyədə xərcləri tənzimləməli və çalışmalıyıq ki, gəlirlərimiz qeyri-neft sektoru hesabına artsın, neftin satışından əldə olunan gəlirlər isə ehtiyat saxlanmalıdır. Çünki ehtiyatlara çətin dövrlərdə ehtiyac olur".

Nazir həmçinin millət vəkillərinin Azərbaycanda dövlət idarəetməsi xərclərinin yüksək olması ilə bağlı fikirlərlərinə də münasibət bildirib. O qeyd edib ki, dövlət idarəetmə xərclərinə konkret rəqəmlər əsasında baxılmalıdır:"Bu məsələyə faizlə baxılması ədalətli deyil. 2017-ci ildə həyata keçirilən islahatlar nəticəsində dövlət orqanlarında 17 mln. manatdan artıq vəsaitin qənaətinə nail olunub”.