ABŞ 24,8% üDM-la liderliyi qoruyub saxlayacaq
ABŞ Kənd Təsərrüfatı Nazirliyinin iqtisadi araşdırmalar xidməti dünyadakı ümumi Daxili Məhsulun (üDM) artım dinamikası barədə proqnoz hazırlayıb.
Strateq.az Rosbalt.ru-ya isnadən bildirir ki, ekspertlərin rəyinə görə, ABŞ bu perspektivdə 24,8% üDM-la liderliyi qoruyub saxlayacaq. Bununla belə, artıq bu il ABŞ-ın payı 23%-dən 20%-ədək azalacaq.
Reytinqdə ikinci yeri 22,2 trilyon dollarlıq üDM-la çin tutacaq.
üçüncü yerdə Hindistan gəlir – 6,6 trilyon dollar. Beynəlxalq Valyuta Fondunun (BVF) müşahidəsinə görə, növbəti 15 ildə Hindistan dünyanın bütün ölkələri arasında ən qüdrətli istehsalat gücünə malik olacaq.
Proqnoza görə, Rusiya 2,4 trilyon dollarlıq üDM-la Kanada və Braziliyadan sonra 10-cu yerdə qərarlaşacaq. Ekspertlər hesab edirlər ki, Rusiya iqtisadiyyatının tənəzzülü 2017-ci ildə dayanacaq və 2018-ci ildə isə artıq 3%-lik üDM artımı ilə inkişafa başlayacaq.