XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

27 Noyabr 2017 - 15:44

Daha 136 dövlət obyekti satışa çıxarıldı –Hərrac

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 26 dekabr tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək.

Budəfəki hərracda müxtəlif çeşidli 136 dövlət əmlakı öz sahibini axtarır. Bunlardan 23-ü səhmdar cəmiyyətləri, 39-u kiçik dövlət müəssisə və obyekti, 70-i istifadəsiz qeyri-yaşayış sahəsi, 4-ü isə nəqliyyat vasitəsidir.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə “Ağcabədi Aqrotexservis”, “Astara çay-3”, “Kürdəmir Kəndkimya“, “Mingəçevir Qum Çınqıl”, “Şıxlar Broyler“ və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Qeyd edilməlidir ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.

Prosesə çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakı, Şəmkir, Qazax, Şirvan və digər şəhər və rayonlarında yerləşir. Prosesə çıxarılan müəssisələr sırasında Qazax şəhərində yerləşən Daşkəsəndə yerləşən Yardımçı təsərrüfat, Lənkəranda olan Anbar kimi iri dövlət əmlakları var.

Özəlləşdirilməyə çıxaırlan istifadəsiz qeyri-yaşayış sahəsindən isə 33-ü paytaxtda, qalanları isə respublikanın digər rayon və şəhərlərində yerləşir. Belə əmlakların sahəsi 12 kv.m ilə 300 kv.m arasında dəyişir. Bu isə vətəndaşlarda seçim imkanını artırır.

Qeyd edək ki, hərraca çıxarılan nəqliyyat vasitələrinin ilkin start qiyməti 1425 manatla 3 min 500 manat arasında dəyişir. İstehsal tarixləri isə 2005-2007-ci illəri əhatə edir.