XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

27 Noyabr 2017 - 18:34

Sabirabadda Sənaye Məhəlləsi yaradılacaq –SƏRƏNCAM

Bu gün Prezident İlham Əliyev “Sabirabad Sənaye Məhəlləsinin yaradılması haqqında” Sərəncam imzalayıb.

Strateq.az xəbər verir ki, Sənaye Məhəlləsinin yaradılması kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədi daşıyır.

Sərəncama əsasən, Sənaye Məhəlləsinin ərazisində qeyri-neft sənaye sahələri üzrə məhsul istehsalı müəssisələri, habelə xidmət müəssisələri yaradılacaq.

Nazirlər Kabinetinə Sabirabad Sənaye Məhəlləsinin fəaliyyəti üçün rayon ərazisində 20,3 hektar torpaq sahəsinin məqsədli təyinatının dəyişdirilərək sənaye təyinatlı torpaqlar kateqoriyasına keçirilməsini iki ay müddətində təmin etmək tapşırılıb.

Sərəncama əsasən, nəzərdə tutulmuş torpaq sahəsinin icarəyə vermək hüququ ilə “Azərbaycan İnvestisiya Şirkəti" Açıq Səhmdar Cəmiyyətinin daimi istifadəsinə verilməsi dörd ay müddətində təmin olunmalıdır.

İqtisadiyyat Nazirliyi isə Sabirabad Sənaye Məhəlləsinin fəaliyyəti ilə bağlı müvafiq torpaq sahəsinin istifadəyə yararlı vəziyyətə gətirilməsini, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su təchizatı, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) qurulmasını, eləcə də Məhəllənin işinin təşkilini və tənzimlənməsini, o cümlədən iştirakçıların dəstəklənməsi və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlər göstərilməsini təmin etmək məqsədilə zəruri tədbirlər görməlidir.