XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

13 Aprel 2015 - 06:37

Rusiya 2014-cü ildə hərbi sahəyə 84,5 milyard dollar xərcləyib

Birinci yerdə ABŞ, ikinci yerdə isə çindir

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu bu gün kürəsəl silah ticarəti və silahlanma məsrəfinin durumu barədə növbəti məruzəni dərc etdirib.

Strateq.az xarici mətbuata isnadən bildirir ki, dünya miqyasındakı hərbi xərclərin 4,8%-i Rusiyanın payına düşür. Birinci yerdə ABŞ (34%), ikinci yerdə isə çin (12%) gəlir.

2013-cü illə müqayisədə 2014-cü ildə Rusiyanın hərbi xərcləri 8,1% artaraq 84,5 milyard dollar və ya üDM-un 4,5%-ini təşkil edib. Məruzədə qeyd olunur ki, “Lakin Rusiya bunu hələ Ukrayna böhranından əvvəl planlaşdırıb”.

Neft satışından gələn gəlirlərin azalması nəticəsində müdafiə büdcəsi 5% azaldılıb.