XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

29 Noyabr 2017 - 15:48

Azərbaycan 1 milyard manatdan çox gəlir əldə edib- Dövlət obyektlərinin satışından

Bu günə qədər dövlət əmlakının özəlləşdirilməsi nəticəsində Azərbaycan büdcəsinə 1,1 milyard manatdan çox vəsait daxil olub.

Trend-in məlumatına görə, bunu Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov “Daşınmaz əmlak, özəlləşdirmə və investisiyalar” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ilin əvvəlindən Dövlət Komitəsi 60 hərrac keçirib və bu hərraclarda 1400-dən çox dövlət müəssisəsi özəlləşdirilib.

K.Həsənov qeyd edib ki, gələcəkdə iri obyektlərin özəlləşdirilməsinə başlamaq planlaşdırılır.