XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 Noyabr 2017 - 17:15

“Bloomberg” agentliyi:"OPEC+ anlaşması 9 ay uzadılıb"

Bu gün Vyanada keçirilən OPEC+ sammiti formal olaraq bitməsə də, anlaşmanın 9 ay uzadıldığı bildirilir.

Bu barədə "Bloomberg" agentliyinə adının açıqlanmasını istəməyən sammit iştirakçılarından biri məlumat verib.

Məlumata görə, anlaşma 2018-ci ilin sonuna qədər uzadılıb. 2018-ci ilin ortalarında anlaşmanın reallaşmasını müzakirə etmək üçün növbəti iclas keçiriləcək. Rusiya anlaşmanın 9 ay uzadılması təklifini dəstəkləyib. 

S.Ərəbistanı 2018-ci ilin iyun ayında növbəti sammitin keçirilməsini təklif edib. Bununla yanaşı, S.Ərəbistanı OPEC+ ölkələrinə izafi neft ehtiyatları barədə xəbərdarlıq edib. Cari templərlə 2018-ci ilin II və ya III rübündə neft ehtiyatlarının azalacağı bildirilir. İclasda hasilat kvotalarından əlavə azalma təklif olunmayıb/Report.