XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

30 Noyabr 2017 - 20:12

Auditorlar Palatasının sədrindən etiraf:"Bəzi auditorlar ciddi nöqsanlara yol verməkdədir"

"Qlobal səviyyədə yaranmış yeni şəraitdə bank dələduzluğunu, müxtəlif maliyyə fırıldaqlarını həyata keçirmək və onu gizlətmək daha asandır".

Bu barədə Auditorlar Palatasının sədri Vahid Novruzov bildirib.

Onun sözlərinə görə, hazırda cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsi (PL/TM) ilə məşğul olmaq çox asanlaşıb: "Bunun nəticəsində cinayətləri törədənlər və müəyyən təşkilatçıları ilə mübarizə hədsiz çətinləşib".

Palata sədri deyib ki, PL/TM-ə qarşı mübarizənin gücləndirilməsi zərurəti maliyyə bazarları subyektlərində, o cümlədən banklarda, sığorta şirkətlərində aktuallığını qoruyur. V.Novruzov vurğulayıb ki, cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsi hər bir ölkənin milli və iqtisadi təhlükəsinə ciddi zərbə vurur.

"Təəssüf hissi ilə qeyd edirəm ki, bəzi sərbəst auditor təşkilatları və auditorlar bu sahədə ciddi nöqsanlara yol verməkdədirlər. Bu isə nəticədə auditə ictimai etimadın azalmasına səbəb olur", – deyə o, vurğulayıb/APA.