XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

01 Dekabr 2017 - 18:45

Dünya nəhəng şirkəti  Bitcoin ilə xidmət göstərmək qərarı verdi –İlk dəfə

Dünyanın ən böyük rəqəmsal pul vahidi Bitcoin 10 min dollar ətrafında qalmaqda davam edərkən, bu gün çox mühüm bir qərar açıqlanıb.

Dünyanın ən böyük dörd məsləhət və audit şirkətindən biri olan İngiltərənin PwC şirkəti, verəcəyi məsləhət xidmətləri qarşılığında Bitcoin ilə ödəmələri qəbul edəcəyini bildirib. PwC-nin Asiya-Sakit Okean sədri Raymund Chao tərəfindən edilən açıqlamada, "Verdiyimiz bu qərar PwC olaraq yeni texnologiyaları necə qəbul etdiyimizi və innovativ biznes modellərini necə həyata keçirdiyimizi göstərir" deyib.

Ötən günlərdə 11 min dolları aşaraq tarixi bir rekord qıran Bitcoin-ə hər keçən gün dünyanın aparıcı şirkətləri daha çox maraq göstərir. PwC, aralarında Deloitte, EY və KPMG-nin də yer aldığı "dörd böyük" kimi tanınan məsləhət şirkətlərindən biri olub, "dördlük" içərisində ən böyük ikinci şirkətdir.

Şirkətlərin maliyyə fəaliyyətlərinin auditini aparan, vergi və maliyyə, hüquqi xidmətlər təqdim edən PwC-nin  Bitcoin qarşılığında xidmətlər göstərməsi, bu virtual pul vahidinə olan etimadın artımasının bir göstəricisi olaraq qiymətləndirilir. (Fed.az)