XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Dekabr 2017 - 15:52

Qazaxıstan Energetika Nazirliyi:"OPEC+ anlaşmasının icrası çətindir..."

Qazaxıstan üçün OPEC+ neft hasilatının azaldılması ilə bağlı anlaşmadakı öhdəliyin yerinə yetirilməsi çətin olacaq.

Bu açıqlama ilə Qazaxıstanın energetika naziri Kanat Bozumbayev çızış edib.

"OPEC+ anlaşması əvvəl razılaşdırıldığı səviyyədə davam etdiriləcək. Bizim üçün bunu etmək çox çətin olacaq. Anlaşmanı uzatmağa razı olmağımız tərəfimizdən neft qiymətlərini sabit saxlamaq üçün atılmış ən böyük kompromiss addımdır", – deyə nazir əlavə edib.

Nazir həmçinin qeyd edib ki, "təbii ki, anlaşmanı uzatmağa razılaşmışıq. Lakin, əgər bizim öhdəliyi yerinə yetirməklə bağlı çətinliyimiz olarsa, anlaşma iştirakçıları ilə görüşüb vəziyyətimizi müzakirə edəcəyik".

"Report" xəbər verir ki, Qazaxıstan rəsmisinin açıqlamasından sonra neft qiymətləri azalmağa başlayıb. "Brent" markalı neft 0,4% ucuzlaşaraq 62 dollar/barel səviyyəsinə yaxınlaşıb. 

Qeyd edək ki, sabah ABŞ-da neft ehtiyatlarının həcmi və hasilat göstəricisi açıqlanacaq. Ehtiyatlar və hasilatda artım müşahidə olunarsa, neft qiymətlərində 60 dollar/barelə doğru hərəkət mümkündür.