XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

06 Dekabr 2017 - 11:05

TANAP-ın açılacağı vaxt açıqlandı- Rəsmi

 

Transanadolu (TANAP) qaz boru sistemi 2018-ci ilin birinci yarısında açılacaq.

Trend-in məlumatına görə, bu barədə Türkiyə mətbuatı Energetika və Təbii Resurslar Nazirliyinə istinadən xəbər verir.

Hazırda qaz kəmərinin tikintisinin yekunlaşdırılması üzrə işlərin sürətlə davam etdirildiyi bildirilir.

Qeyd edək ki, bundan əvvəl Türkiyənin energetika və təbii resurslar naziri Berat Albayrak 2017-ci ilin sonunadək TANAP-ın inşası üzrə işlərin 94 faizinin başa çatacağını bəyan etmişdi.