XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

06 Dekabr 2017 - 17:48

SOCAR bu il 15,3 milyon ton neft ixrac edib- Ceyhan limanından

SOCAR bu ilin noyabr ayında Novorossiysk limanından 164 min 619 ton, Supsa limanından 267 min 951 ton, Ceyhan limanından isə 1 milyon 382 min 834 ton xam neft ixrac edib.

Azərtac xəbər verir ki, ümumilikdə cari ilin yanvar-noyabr ayları ərzində şirkət tərəfindən Novorossiysk limanından 1 milyon 407 min 299 ton, Supsa limanından 2 milyon 281 min 161 ton, Ceyhan limanından 15 milyon 338 min 183 ton xam neft ixrac olunub.

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.