XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

07 Dekabr 2017 - 23:58

Azərbaycan neftinin qiyməti yenə ucuzlaşdı –0,67 dollar/barel

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 6-da 63,92 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,67 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 6-da 63,26 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,67 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 6-da 59,8 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 1,1 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə dekabrın 6-da 62,13 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,21 dollar/barel azdır.