XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 Dekabr 2015 - 10:04

“Azərbaycanda inflyasiya 4% səviyyəsində olacaq” – Nazir

Şahin Mustafayev

“Bu ilin sonuna Azərbaycanda təxminən 4%-lik iqtisadi artım gözlənilir”.

Bu barədə “APA-Economics”ə İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev bildirib.

Ş.Mustafayev əlavə edib ki, ilin sonuna inflyasiya 4% səviyyəsində olacaq.

Xatırladaq ki, Azərbaycanın 2016-cı ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında İqtisadiyyat və Sənaye Nazirliyinin hazırladığı makroiqtisadi proqnozlara əsasən, 2015-ci ilin sonuna ölkə üzrə üDM istehsalının 57,2 mlrd. manat təşkil edəcəyi gözlənilir ki, bu da 3,3% real artım deməkdir. Sənəddə qeyd olunub ki, bu göstəricilər ilkin müəyyən edilmiş proqnozlardan 3,9 mlrd. manat və 1,1 faiz-bənd aşağıdır.

Yeri gəlmişkən, Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən 2016-cı il və sonrakı üç il üçün hazırlanmış ölkənin iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinə əsasən, 2016-cı ildə ölkə üzrə real iqtisadi artım 1,8% olmaqla, üDM istehsalı 57,7 mlrd. manat təşkil edəcək.

Qeyd edək ki, 2015-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında Azərbaycanda inflyasiyanın 2,3% həcmində olacağı proqnozlaşdırılıb.