XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

11 Dekabr 2017 - 17:44

“Xəzər Dəniz Gəmiçiliyi” DSMF-yə etiraz etdi:“Borcumuz yoxdur...”

“Azərbaycan Xəzər-Dəniz Gəmiçiliyi” QSC-nin fəaliyyətə başladığı gündən Dövlət Sosial Müdafiə Fonduna (DSMF) yaranan borcu cari ayda əvvəlcədən ödənilib və heç vaxt ödəniş vaxtı keçmiş borcu olmayıb.

 "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin mətbuat katibi Mehman Mehdiyevin “APA-Economics”ə verdiyi xəbərə görə, hazırda da "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin DSMF-yə borcu yoxdur.

 M. Mehdiyev bildirib ki, təkcə bu il "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC tərəfindən DSMF-yə 24,7 mln. manat ödəniş həyata keçirilib.

 “DSMF-nin "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-ni məhkəməyə verməsinə gəlincə, bildirək ki, Fond Gəmiçiliyin tabeliyində olmuş “Dənizçi” kənd təsərrüfatı müəssisəsi ilə bağlı 2015-ci ilin aprelində Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırıb. Qeyd olunan müəssisə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 iyul 2016-cı il tarixli 447S nömrəli sərəncamı ilə aqrar islahatlarının aparılması məqsədilə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin tabeliyindən çıxarılıb”, – deyə məlumatda bildirilir.