XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 Dekabr 2017 - 22:50

Dünyada silah satışı son beş ildə ilk dəfə artıb –Bazarda ABŞ liderlik edir

2016-cı ildə dünyanın ən iri 100 hərbi sənaye kompaniyasının silah satışının və hərbi xidmətlərinin həcmində son beş ildə ilk dəfə olaraq artım baş verib.

AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, bu barədə 2002-ci ildən silah satışlarının statistikasını dərc edən dünya problemləri üzrə Stokholm İnstitutu məlumat yayıb. Statistikaya əsasən, 2016-cı ildə satışların ümumi həcmi 374,8 milyard dollar həcmində olub ki, bu da 2010-cu illə müqayisədə 1,9 faiz, 2002-ci illə müqayisədə isə 38 faiz çoxdur.

Artımda ABŞ hərbi sənaye kompleksi liderlik edir. Reytinqə daxil olan Amerika kompaniyalarının ötənilki silah satışlarının həcmi 4 faiz artaraq 217 milyard dollara çatıb. Dünyada hərbi təyyarələrin və raket sistemlərinin ən böyük istehsalçısı olan Lockheed Martin şirkətinin satışlarında 10 faiz artım olub.

Qərbi Avropa şirkətlərinin ümumi satış həcmi 2015-ci illə müqayisədə yalnız 0,2 faiz artaraq 91,6 milyard dollar təşkil edib. Transavropa, Fransa və İtaliya kompaniyalarının göstəricilərində isə geriləmə qeydə alınıb.