XƏBƏR LENTİ

02 İyun 2020

Digər Xəbərlər

12 Dekabr 2017 - 00:09

Azərbaycan neftinin qiyməti qalxdı –1,32 dollar/barel

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 65,79 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamına olan göstəricidən 1,32 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 65,11 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,36 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 61,65 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 1,43 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti isə 63,96 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,4 dollar/barel çoxdur.