XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

13 Dekabr 2017 - 15:23

“Forties” boru kəmərinin təmirinin uzanması “Brent”in qiymətini bahalaşdırır

Şimal dənizindəki “Forties” boru kəməri sisteminin təmirinin uzanması “Brent” markalı xam neftin qiymətinin bahalaşmasına səbəb olur.

Azərtac xəbər verir ki, İngiltərədə gündəlik 450 min barrel neft daşıyan “Forties” boru kəmərində çatlar yaranıb. Həmin çatlarla əlaqədar boru kəmərini təmirə dayandıran “Forties”in operatoru xəttə təmir işlərinin bir neçə həftə davam edəcəyini açıqlayıb. Bu da dünya bazarında neftin qiymətinin bahalaşmasına təsir edib. Hazırda “Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 63,98 dollara alıcı axtarır.

Xatırladaq ki, “Forties” boru kəmərinin təmirə dayandırılması ilə bağlı ötən gün “Brent” neftinin qiyməti 2015-ci il iyunun 10-dan indiyədək ilk dəfə 65 dollar/barreli ötmüşdü.