XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

14 Dekabr 2017 - 09:29

“Bitkoindən çirkli pulların yuyulmasında istifadə oluna bilər” –FED rəhbəri

"Bitkoin etibarsız, yüksək dərəcəli spekulyativ aktivdir və o çirkli pulların yuyulmasında istifadə oluna bilər".

Bunu ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) başçısı Canet Yellen bəyan edib.

"Hazırda beynəlxalq hesablaşmalarda bitkoin cüzi yer tutur.  Həmçinin bitkoin qanunvericiliklə tənzimlənməyən qeyri-sabit mənfəət mənbəyi kimi səciyyələndirilir. Federal Ehtiyatlar Sistemi bitcoinlə bağlı hər hansı tənzimləyici rol oynamaq fikrində deyil”, deyə C.Yellen bildirib.

C.Yellen həmçinin banklara qeyri-qanuni yolla əldə edilmiş maliyyə vəsaitlərinə qarşı çıxmağın vacibliyini xatırladaraq bəyan edib ki, çirkli pulların yuyulmasında bitkoindən də istifadə oluna bilər/APA.