XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

14 Dekabr 2017 - 14:09

“Azərbaycan banklarının maliyyələşmə perspektivləri məhduddur” –Beynəlxalq agentlikdən proqnoz 

"Moody's" beynəlxalq reytinq agentliyi MDB ölkələri banklarının reytinq üzrə proqnozunu "stabil" olaraq qiymətləndirir.

"APA-Economics" xəbər verir ki, agentliyin yaydığı "Avropa bankları – 2018 Proqnoz" adlı hesabatda proqnozun stabil olmasının bu ölkələrdə əmtəə qiymətlərinin yüksək olması ilə əlaqələndirilir.

Bildirilir ki, Azərbaycan banklarında depozitlərin yüksək dollarlaşması müşahidə olunur. "Bu isə milli valyutada likvidliyin çatışmazlığına səbəb olub. Bankların maliyyələşmə perspektivlərinə gəlincə, hazırda Azərbaycan banklarında depozit portfeli həssas və qeyri-stabildir. Eyni zamanda, banklar bahalı kreditlər cəlb etmək məcburiyyətində qalır ki, bu da onların maliyyələşmə imkanlarını məhdudlaşdırır".