XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

14 Dekabr 2017 - 17:15

“Məzənnənin necə dəyişməsi birbaşa Mərkəzi Bankdan asılı olacaq” –İqtisadçıdan bankların dolları qaldırmasına şərh

"Son aylar dolların alış kursu ilk dəfə 1.705-ə yüksəlib. Artıq əksər banklar 100 dollara 170 manatdan çox vəsait ödəyirlər. Bu isə o deməkdir ki, ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcəsinin artırılması ilə bağlı qərarından sonra banklar dolların alış və satış kurslarını cüzi olsa da, artırıblar".

Strateq.az xəbər verir ki, bu sözləri iqtisadçı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə,  öncədən proqnozlaşdırdığımız kimi, dekabrın əvvəlindən xarici valyutalara tələb yüksəlib:

"Dekabrda idxalın artması, bayramlar ilə bağlı xarici səfərlərin sayının çoxalması və ən əsası özəl və dövlət müəssisələrinin bu ilki xarici borc öhdəlikləri üçün son ayın olması dollara tələbi artıran amillərdəndir. Amma məzənnənin necə dəyişməsi yenə də birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq. Baş bank mövcud kursu qoruyub saxlamaq üçün hərrraclara daha çox valyuta çıxarılmasını təmin etməlidir".