XƏBƏR LENTİ

02 İyun 2020

Digər Xəbərlər

14 Dekabr 2017 - 20:56

“FED-in martda uçot dərəcəsini artırma ehtimalı 75 faizdir” –Amerikalı iqtisadçı

FED-in 2018-ci ilin mart ayında keçirəcəyi növbəti iclasda uçot dərəcəsini artırma ehtimalı 75% təşkil edir.

"Bloomberg" agentliyi xəbər verir ki, bu proqnoz ABŞ-ın nüfuzlu "Goldman Sachs" bankının baş iqtisadçısı Jan Hatziusun rəhbərliyi altında hazırlanan hesabatda yer alıb.

Hesabatda bildirilir ki, dünən bitən iclasda FED-in ABŞ-da iqtisadi artım tempinin getdikcə daha da sürətlənəcəyini açıqlaması "Goldman Sachs"ın bu proqnozunun əsasını təşkil edib. FED iqtisadi artıma səbəb kimi güclü iqtisadi göstəriciləri və vergi islahatlarını qeyd edir.

"Qoldman Sachs" 2018-ci ildə FED-dən 4 faiz artırma qərarı gözləyir/Report.