XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

15 Dekabr 2017 - 11:34

BƏƏ və Səudiyyə Ərəbistanı hesablaşmaları kriptovalyuta ilə aparacaq –Yalnız banklar


Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı iki ölkənin bankları arasında hesablaşmalarda istifadə olunacaq yeni kriptovalyutanın tətbiqinə hazırlaşır. 

"Report" "Rambler News Service" agentliyinə istinadən xəbər verir ki, bu açıqlamanı BƏƏ Mərkəzi Bankının sədri Mubarək Rəşid əl-Mansuri "Gulf News" agentliyinə bildirib.

Əl-Mansuri qeyd edib ki, yeni kriptovalyuta blokçeyn texnologiyası əsasında işlənib hazırlanacaq. Fiziki şəxslərin bu kriptovalyutaya girişi mümkün olmayacaq. Kriptovalyuta ancaq BƏƏ və Səudiyyə Ərəbistanı mərkəzi bankları və kommersiya bankları arasında hesablaşmaların həyata keçirilməsi üçün istifadə olunacaq.

"Bu, banklar və mərkəzi bankların apardığı əməliyyatların rəqəmsallaşmasıdır", – Əl-Mansuri əlavə edib.