2018-ci ildə dünya bazarında neftin orta qiyməti 55 dollar/barrel səviyyəsində olacaq.
“Ria Novosti” xəbər verir ki, Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina bu fikirdədir.
O qeyd edib ki, Rusiya Mərkəzi Bankı gələn il üçün neftin bir barrelinin orta qiyməti üzrə proqnozunu 44 dollardan 55 dollar/barrelə yüksəldib. Bank buna səbəb kimi Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) və qeyri-OPEC ölkələri ilə əldə edilən neft hasilatının azaldılmasına dair mövcud sazişin müddətinin uzadılmasını göstərib. Lakin bank orta müddətdə neftin qiymətinin ucuzlaşa biləcəyini də istisna etmir.