XƏBƏR LENTİ

02 İyun 2020

Digər Xəbərlər

15 Dekabr 2017 - 22:23

Beynəlxalq Valyuta Fondunun proqnozu:“Azərbaycanda 2018-ci ildə inflyasiya 7%-ə düşəcək”

BVF.jpg

"2018-ci ildə Azərbaycanda iqtisadi inkişaf 2% səviyyəsində olacaq. Yeni qaz layihəsinin işə düşməsi ilə bu rəqəm orta müddətdə 3,5 – 4% arasında dəyişə bilər".

"Report" xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun Azərbaycana səfər edən missiyasının rəhbəri Məhəmməd Əl Qorçi deyib. Onun sözlərinə görə, Azərbaycanda birrəqəmli inflyasiya gözlənilir:

"Yeni qaz layihəsinin işə düşməsi ilə bu rəqəm orta müddətdə 3,5-4% arasında dəyişə bilər. Görülən tədbirlər nəticəsində 2018-ci ildə inflyasiya 7%-ə düşəcək. Bank sektorunda isə risklər hələ də tam aradan qaldırılmayıb. 2018-ci ildə fiscal ödəmələr bir qədər də artacaq. Neft qiymətlərinin yüksək olması bunun neqativ təsirlərinin azalmasına kömək edə bilər".