XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

17 Dekabr 2017 - 11:51

Vətəndaşlar rabitəyə 800 milyon manat xərcləyib –Gəlirin 50 faizi mobil telefonlardan qazanılıb

2017-ci ilin yanvar-noyabr ayları ərzində informasiya və rabitə müəssisələri 1552,9 milyon manatlıq xidmət göstərib ki, onun da 72,6 faizi əhali tərəfindən istehlak olunub.

2016-cı ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 5,9 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 81,1 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Dövlət Statistika Komitəsindən AZƏRTACa bildirilib ki, xidmətlərdən əldə edilən gəlirin 50,2 faizi və ya 779,7 milyon manatı mobil telefon rabitəsinin payına düşüb.