XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

18 Dekabr 2017 - 14:11

Azərbaycanda regionların kreditləşməsi illik 17% azalıb  


Azərbaycanda regionların kreditləşməsi prosesi illik müqayisədə 415,0 mln. manat və ya 16,74% azalaraq 2017-ci il noyabrın 1-nə 2,064  mlrd. manat təşkil edib. Beləliklə, ölkə üzrə cəmi kredit qoyuluşunun 16,99%-i bölgələrin payına düşüb. Bu da kreditləşmədə regionların xüsusi çəkisinin ötən ilin eyni dövrü ilə müqayisədə 1,32 faiz bəndi artması deməkdir.

“Report” bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, regionlar üzrə ən çox kredit qoyuluşu Aran iqtisadi rayonunda (494,6 mln. manat) qeydə alınıb. Eyni zamanda, ən yüksək orta faiz dərəcəsi də (illik 22,6%) bu regionda müşahidə olunub.

Qeyd edək ki, 2017-ci il noyabrın 1-nə ölkə iqtisadiyyatına cəmi kredit qoyuluşu 12,152 mlrd. manat təşkil edib və bunun 10,088 mlrd. manatı və ya 83,01%-i Bakı şəhərini əhatə edib. Ölkədə kreditlər üzrə orta faiz dərəcəsi illik 12,0% təşkil etdiyi halda, Bakıda 10,6% olub, regionlarda isə 8,5-22,6% arasında dəyişib.